Antalyada meşəni yandıran şəxsdən ŞOK SÖZLƏR

Antalyanın Manavqat mahalında ətrafında 5 ulduzlu otellərin olduğu Sorgun meşəsində 3 yeri yandıraraq 4-cü yeri yandırmağa çalışan şəxs saxlanılıb.

Ucnoqta.az Musavat.com-a istinadən bildirir ki, meşəni yandırmağa çalışan şəxs 31 yaşlı Semih Kuloğludur. Şahidlərin sözlərinə görə meşə məmurları və polis tərəfindən yaxalanan Kuloğlu əlində daim içki şüşələri ilə birlikdə meşədə gəzişirmiş. Şəxs ilk ifadəsində "Niyə yandırırsan?" sualına "evimi yandırıram", deyə cavab verib.

Məlumata görə meşəni yandırmağa çalışan şübhəli Semih Kuloğlu dördüncü yerdə yanğın törətmək istəyəndə hadisə yerində yaxalanıb. Digər 3 yerdə törətdiyi yanğınları söndürən yerli sakinlər bu hərəkətinə görə Kuloğluya hücum etmək istəyiblər. Lakin polis şübhəlini hadisə yerindən dərhal uzaqlaşdırıb.

Tarix
19 Sentyabr 2021 [21:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-19 21:06:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin