İki helikopter toqquşdu - General həlak oldu

19:25 - 19 Sentyabr 2021 - HADİSƏ

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub. Bu barədə "TASS"a mənbə xəbər verib. Məlumata əsasən, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu həlak olub. Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub. Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti