Ucnoqta.az
www.ucnoqta.az

İki helikopter toqquşdu - <font color=red><b>General həlak oldu</b></font>

19:25 - 19 Sentyabr 2021 tarixində dərc olunub.

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub. Bu barədə "TASS"a mənbə xəbər verib. Məlumata əsasən, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu həlak olub. Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub. Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: