Dünyada koronavirusa yoluxanların sayı 228 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 228 milyon nəfəri keçib.

Ucnoqta.az xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 228 167 999 nəfərə çatıb, koronavirusa yoluxanlardan 4 686 384 nəfəri ölüb.

Məlumata əsasən, 20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

ABŞ-da koronavirusa 42 050 752 nəfər yoluxub, 673 474 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 33 448 163 və 444 838 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 21 230 325 yoluxma və 590 508 ölüm halı qeydə alınıb.

Tarix
19 Sentyabr 2021 [15:08]
Müəllif
Üç nöqtə
2021-09-19 15:08:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin