Türkiyədə azərbaycanlı qadını öldürən kişi intihar edib

12:47 - 19 Sentyabr 2021 - HADİSƏ

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

Hadisə Nevşehirdə baş verib.

Azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı, Duran Aşar tərəfindən öldürülüb.

Belə ki, tərəflər arasında yaranan mübahisə qanla bitib. Duran Aşar 53 yaşlı Tərhanə Yamana tüfənglə atəş açıb. Qadın aldığı güllə yarasından hadisə yerində keçinib.

Qətli törədən şəxs isə Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Bildirilib ki, maddi çətinliyi olan Duran Yaşar öz evində kirayə yaşayırmış.///report


Xəbər xətti