Balakəndə ev yandı, xəsarət alan var

18:49 - 18 Sentyabr 2021 - HADİSƏ

Balakən rayonunun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti