Şirvanda 41 yaşlı kişi iş yerində ölüb - FOTO (YENİLƏNİB)

18:10 - 17 Sentyabr 2021 - HADİSƏ

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərinin “Qarasu” OYL şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu fəhlə işlədiyi “İlkin-N” firmasının sexində başına sex kranının dəmir qarmağı dəyib. Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

14:29

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Şirvan şəhərində baş verib. 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu işlədiyi müəssisədə başına qaldırıcı kranın dəmir lingi dəyməsi nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti