Gəncədə elektrik stansiyasının işçisini cərəyan vuraraq öldürüb

23:26 - 16 Sentyabr 2021 - HADİSƏ

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda elektrik stansiyasında elektrik işləyən 1966-cı il təvəllüdlü İsmayılov İlyas Abış oğlunu cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib. Məlumata görə, mərhumu 10 k/v-luq elektik cərəyanı vurub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti