Azərbaycana elektromobillərin gətirilməsi kəskin azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən dəyəri 1,846 mln. ABŞ dolları olan 55 elektrikli avtomobil idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,5 dəfə, dəyər ifadəsində isə 4,2 dəfə azalıb.

Təkcə avqust ayında ölkəyə 313,39 min dollarlıq 11 elektromobil gətirilib ki, bu da iyul ayı ilə müqayisədə miqdar ifadəsində 37,5%, dəyər ifadəsində isə 10,5% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında elektromobillərin Azərbaycanın ümumi avtomobil idxalındakı payı cəmi 0,1% təşkil edib.

Tarix
16 Sentyabr 2021 [14:14]
Müəllif
Üç nöqtə
2021-09-16 14:14:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin