Yevlaxda iki avtomobil toqquşub, xəsarət alan var

09:35 - 16 Sentyabr 2021 - HADİSƏ

Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" və "Priora" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Əli Abdullayev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti