Biləsuvarda motosiklet qadını vuraraq öldürüb

08:54 - 16 Sentyabr 2021 - HADİSƏ

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti