Tərtərdə arvadının başını kəsərək öldürən şəxsin məhkəməsi başlayır

19:30 - 15 Sentyabr 2021 - HADİSƏ

Tərtərdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib.

Rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı başını kəsərək qətlə yetirib.

Hadisəni boşanma üstündə baş verdiyi bildirilir.

A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.///Apa

Xəbər xətti