Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq edib

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana uzatdıqları barış əlinə, barışa, sabitliyə nail olmaq üçün edilən təklifə qarşılıq verilməsi əhəmiyyətlidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

“Fəqət təəssüf ki, bu məsələdə tam müsbət cavab olmasa da, bəzi iz və əlamətlər var. Bizim məqsədimiz tərəflərin sülh və təhlükəsiz şəraitdə yaşamasıdır. Bizim arzumuz Ermənistanın atəşkəsə riayət etməsi, hər hansı səhvə yol verməməsidir, eyni zamanda, regionda atəşkəsin davamlı olması və sabitliyin təmin olunmasını da vacib hesab edirik”, - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Tarix
15 Sentyabr 2021 [14:11]
Müəllif
Üç nöqtə
2021-09-15 14:11:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin