Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək

10:59 - 15 Sentyabr 2021 - Xəbər

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Allah rəhmət eləsin!

Xəbər xətti