Neftçalada yol qəzası olub - ölən var
09:19 - 15 Sentyabr 2021 - HADİSƏ
Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun Qaraimanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Ağayev Seyidağa Böyükağa oğlu dünyasını dəyişib. İki nəfər isə xəsarət alıb.
Faktla ağlı araşdırma aparılır.