Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Piyada keçidlərində maskasız olanlar cərimələnir? - VİDEO

Piyada keçidindən keçən maskasız vətəndaşlar cərimələnir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın 20 yanvar dairəsindən gedir.

Sözügedən ərazidə yolu keçmək təhlükəli olduğu üçün vətəndaşlar yeraltı piyada keçidindən daha çox istifadə edirlər. Amma bu zaman maskası olmayan vətəndaşlar keçiddə dayanan polislər tərəfindən cərimələnir.

Bəzi vətəndaşlar hesab edir ki, metroya gedənlərlə sadəcə keçiddən istifadə edən şəxslərə fərq qoyulmalıdır. Onların sözlərinə görə, keçidlərin iki tərəfi də açıq olduğundan həmin ərazi qapalı məkan sayıla bilməz.

Ərazidə yoxlama aparan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə rəisi, polis mayoru Babək Musayev isə “Xəzər Xəbər”ə bildirdi ki, istər yerüstü, istərsə də yeraltı piyada keçidlərində vətəndaşların cərimələnməsi tam qanunidir.

Qeyd edək ki, piyada keçidlərində tibbi maskadan istifadə etməyən şəxslər qanuna əsasən birinci hal olduqda 100 manat, təkrar baş verdikdə isə 200 manat cərimə olunurlar.

Tarix
15 Sentyabr 2021 [09:00]
Müəllif
Üç nöqtə
2021-09-15 09:00:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin