Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

TƏBİB-də və dövlət agentliyində yoxlamalar aparılıb

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.

Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.

Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Onun istefa ərizəsi təsdiqlənib.///Apa

Tarix
14 Sentyabr 2021 [17:32]
Müəllif
Üç nöqtə
2021-09-14 17:32:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin