Bakıda mağazadan oğurluq edilib

13:07 - 14 Sentyabr 2021 - HADİSƏ

Bakıda mağazadan oğurluq hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan Ş.Bəkirovun ətrafında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul və 1500 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.

Xəbər xətti