Zərdabda 5 otaqlı ev yanıb

09:04 - 14 Sentyabr 2021 - HADİSƏ

Zərdabda 5 otaqlı evdə yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Məmmədqasımlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamış və dəmir konstruksiyadan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti