Azərbaycanda doğuş zamanı ana ölüb

22:10 - 13 Sentyabr 2021 - HADİSƏ

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti