Göygöldə “KamAZ” aşıb, xəsarət alanlar var

20:54 - 13 Sentyabr 2021 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Murovdağ adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı maşında olan sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, yük maşınının ərazidə iş aparan şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti