Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

07:55 - 13 Sentyabr 2021 - HADİSƏ

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub. "Report"un məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər xətti