İmişlidə baş verən yol qəzasında sürücü ölüb

21:48 - 11 Sentyabr 2021 - HADİSƏ

İmişlinin Bəhrəmtəpə qəsəbəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, "Mercedes" markalı avtomobili idarə edən İmişli sakini, 1969-cu il təvəllüdlü İsmayılov Müşviq Müseyib oğlu idarəetməni itirərək avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti