Xaçmazda 1 tondan artıq çətənə kolu məhv edilib

13:03 - 11 Sentyabr 2021 - HADİSƏ

Polis əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla Niyazabad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu aşkar edilib.

Toplanan narkotik tərkibli bitki məhv edilib.

Xəbər xətti