Azərbaycanda mikroavtobus aşıb, xəsarət alanlar var

09:36 - 11 Sentyabr 2021 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti