Nazirlərin olduğu təyyarə avtomobil yoluna təcili eniş etdi - Video

21:47 - 9 Sentyabr 2021 - HADİSƏ

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “С-130J Super Hercules” təyyarəsi avtomobil magistralına eniş edib.

Hadisə ölkənin Racastxan ştatında hərbi təyyarələrin təcili enişi üçün istifadəyə verilən avtomobil yolunun açılışı münasibətilə gerçəkləşib.

Təyyarənin göyərtəsində Hindistanın müdafiə naziri Racnatx Sinqx və nəqliyyat naziri Nitin Qadkari olub.

Təcili eniş zolağı 19 ay ərzində inşa edilib.

Bütövlükdə, ölkədə 20 belə avtomagistralın yaradılması planlaşdırılııb.///oxu.az

Xəbər xətti