Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alanlar var

22:46 - 8 Sentyabr 2021 - HADİSƏ

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti