Müğənni Roza Zərgərli 2020-ci ildə Türkiyənin ən yaxşı modeli seçilən ( Best model of Turkey) Melisa Irmakla əməkdaşlıq edib.
Ucnoqta.az xəbər verir ki, sənətçi həmin modeli “Ömür yoldaşım” adlı klipinə çəkib.
M. Irmakın tərəf müqabili isə ifaçının aktyor övladı Corc Qafarovdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib.
Müğənni bildirib ki, klipin ideya müəllifi özüdür: “Mahnını 3 il əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır. Corcu bir çox tanınmış sənətçilər klipinə çəkmək istəyib. Sonra Bənövşənin "Sarı gəlin" klipində oynadı. Mən də Corca təklif etdim və razılaşdı. Melisa isə qonorar almadı, xalam nəvəsidir. Türkiyədə müqaviləsi var idi, amma icazə aldı”.
///qafqazinfo