Yaşayış binasında yanğın - 12 nəfər təxliyə edildi

10:05 - 8 Sentyabr 2021 - HADİSƏ

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, binanın 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti