Qazax rayonunda intihara cəhd hadisəsi olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb. Gənc qadın (ad və soyad dəqiqləşdirilir-red) özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onun həyatını xilas edə bilib.
Vəziyyəti ağır olan qadının hansı səbəbdən intihar etmək istədiyi isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.