Bakıda sexdə yanğın başlayıb

14:11 - 7 Sentyabr 2021 - HADİSƏ

Bakıda sexdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti