Qonşusunu bıçaqlayan Samux sakini həbs olunub

10:47 - 7 Sentyabr 2021 - HADİSƏ

Samuxda qonşusunu bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, hadisəni rayonun Kolayır kənd sakini, 1994- cü il təvəllüdlü Pərviz Xəlilov törədib.

O, Samux rayon polis şöbəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və ilkin dindirmədə qonşusuna bir bıçaq zərbəsi vurduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti