Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb

23:55 - 6 Sentyabr 2021 - HADİSƏ

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınına çırpılıb. Nəticədə "Zil" idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti