Bu dəfə toyda gəlin bəyi vurdu - VİDEO

21:09 - 6 Sentyabr 2021 - HADİSƏ

Hindistanda toy mərasimində bəyin ədəbsiz hərəkətindən qəzəblənən gəlin hamının gözü qarşısında bəyi vurub.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Məlumata görə, qadın bəyin tütün çeynəməsindən qəzəblənib. O, “pis vərdişlər insanı korlayır”, - deyərək gələcək həyat yoldaşını vurub.

Bəy də bu vəziyyətə gülüşən qonaqların qarşısında ağzındakını tüpürmək məcburiyyətində qalıb.
Kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Bəziləri bunu “əsl sevgi” adlandırıb.///oxu.az

Xəbər xətti