Ağdaşda azyaşlı qızların ölümü ilə bağlı cinayət işi başlandı

18:46 - 6 Sentyabr 2021 - HADİSƏ

Ağdaş rayonunda iki azyaşlı qızın su kanalında boğularaq ölməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisə il bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında Ağdaş rayon sakinləri, 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri rayon ərazisindəki suvarma kanalından tapılıb.

Azyaşlıların intihar etməsi ehtimal olunur.///trend

 

Xəbər xətti