Bakıda dayanacaqda “Hyundai” yanıb

09:06 - 6 Sentyabr 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti