Salyanda oğurluq edən şəxs saxlanılıb

18:05 - 3 Sentyabr 2021 - HADİSƏ

Salyanda oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının 31-də rayonun Xurşud kəndi ərazisində yerləşən evlərin birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən həmin kənd sakini Əfsun Miriyev saxlanılıb.

Ə.Miriyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqust ayının 24-də yaşadığı kənd ərazisində yerləşən bir mağazadan 1300 manat pul oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər xətti