AzTU-nin müəllimi koronavirusdan vəfat edib

13:43 - 3 Sentyabr 2021 - HADİSƏ

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Kərəm İsmayılov 71 yaşında koronavirusdan vəfat edib.

Bu barədə Ucnoqta.az-a AzTU-dan məlumat verilib.
Kərəm İsmayılov 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. 1988-ci ildə AzTU-da işə qəbul olunub və 2021-ci ilə qədər voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb. AzTU-nun rəhbərliyi və kollektivi Kərəm İsmayılovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər xətti