"Ali və Nino"dan klassiklərimizə HÖRMƏTSİZLİK - FOTO

11:56 - 2 Sentyabr 2021 - Mədəniyyət

"Ali və Nino" kitab mağazası "İnstagram" hesabında dahi Azərbaycan klassiklərinin karikaturasını paylaşıb.

Ucnoqta.az xəbər verir ki, karikaturada Nizami Gəncəvi, İmadəddin Nəsimi, Füzulinin şəkilləri "müasir" formada çəkilib. Dahi Nizami Gəncəvi ağzında qəlyan motosikletin yanında, İmadəddin Nəsimi velosiped yanında, Məhəmməd Füzuli isə cins şalvarda təsvir olunub. 

Azərbaycan xalqının dəyərlərinin təbliği ilə bağlı geniş tədbirlər keçirildiyi zaman mağazalar şəbəkəsinin bu addımı əksəriyyət tərindən mənfi qarşılanaraq, bunun dəyərlərimizin aşağılanması kimi qəbul edildiyi bildiriblər.

Qeyd edək ki, "Ali və Nino" kitab mağazası bundan əvvəllər də narazılığa səbəb olan paylaşımlar edib.


Xəbər xətti