Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

10:00 - 2 Sentyabr 2021 - HADİSƏ

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub.

Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti