Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub.
Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.