Əməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub.
Ucnoqta.az bildirir ki, bu haqda qarmon ifaçısı özü açıqlama verib. Onun sözlərinə görə, bir neçə gündür hərarəti var, özünü pis hiss edir:
"Üç-dörd gündür narahatam. Dünəndən hərarətim qalxıb. Çox da ağır keçirtmirəm. Müalicələrimə başlamışam. Hələ ki evdə müalicəm davam edir".
Musiqiçi bildirib ki, səhhəti ilə bağlı peyvənd vurdura bilməyib:
"Bilirsiniz ki, başımdan əməliyyat olunmuşam. Onla bağlı müalicə alırdım. Ona görə də vaksin hələ vurdurmağa icazə verilmirdi".///axşam.az