Gəncə sakinini avtomobil vurub öldürdü

11:30 - 29 Avqust 2021 - HADİSƏ

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən orta yaşlı Ələddin Tağızadəni avtomobil vurub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti