Ucnoqta.az
www.ucnoqta.az

Gəncə sakinini avtomobil vurub öldürdü

11:30 - 29 Avqust 2021 tarixində dərc olunub.

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən orta yaşlı Ələddin Tağızadəni avtomobil vurub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: