Aktrisa Pərvin Abıyeva yeni açıqlaması ilə gündəmə gəlib.
Ucnoqta.az xəbər verir ki, instaqramdan aktiv istifadə edən Abıyeva tez-tez fotolarını izləyiciləri ilə bölüşür. Daha çox idman edərkən çəkilən görüntülərini paylaşan Abıyeva bununla fit bədənini nümayiş etdirməyə çalışır.
Bütün bunlara baxmayaraq izləyicilərindən biri Pərvinə “Patı ilə arıqlayır” şərhini yazıb. Buna qəzəblənən aktrisa sosial şəbəkə hesabında bu şərhə sərt reaksiya verib:
“Məni o qədər səviyyəsiz və kasıb bilirsiniz ki, elə bir şeylə arıqlayım? Bu qədər bahalı narkotiklər qalıb kənarda, "patı"nı yaraşdırdınız mənə?
Heç olmasa nəsə bahalı bir şey desəniz yanmaram. Dilinizə indi də təzə söz düşüb - "patı"... Yalandan şər atıb, tənqid edilib, özünüzə niyə belə neqativ götürürsünüz? Bütün günü idman edirəm, az qala görüntülərimi, şəkillərimi gözünüzə soxuram!".///baku.ws