“Halbuki, evlənmədən , doğub-törəmədən, ac-yalavac böyütmədən, boğub öldürmədən öncə düşünmək lazımdır”.
Ucnoqta.az xəbər verir ki, bu sözləri Feysbuk profilində müğənni-bəstəkar Murad Arif 6 aylıq körpəsini boğub öldürən ata haqda yazıb. O, “Fəhləlik edərək 3 övladına ali təhsil və yüksək tərbiyə verən valideynlər də var. Əsas valideynliyə ibadətin bir forması kimi baxasan” şərhinə də münasibət bildirib:
“Artıq bunlar istisnalardır. Valideynlər sosializm dövrünün tərbiyəsi və verdiyi sosial güvəncin yetişdirdiyi adamlar idi. Gətirdiyiniz belə misallar artıq təhlükəlidir. İndiki nəsil pis təhsil, səviyyəsiz “YouTube” trendləri və Tik-Tok nəslidir. Burada, hazırki cəmiyyətdə əziyyətlə 3 uşaq böyüdüb, təhsil verən şəxslər istisna sayılmalıdır. Valideynlərimiz bacarıb, siz də bacarırsınız deməyin adamlara. Yazıqdırlar. Bacarmırlar, bacarmayacaqlar”.
Sənətçinin statusuna aktyor Vüsal Murtuzəliyev şərh əlavə edib: “Afaq Bəşirqızı deyəndə ki, gəlib şəraitsiz daxmalarda 5-6 uşaq doğub baxa bilmirlər, çoxu linç elədi”.///sherq.az