"Kabildəki 6 partlayışdan 4-ü ABŞ həyata keçirib" - SENSASİON AÇIQLAMA
01:43 - 27 Avqust 2021 - DÜNYA
Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktlarından sonra daha 4 partlayış baş verib.
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, "Taliban" sözçüsü Zabihullah Mücahid 4 partlayışın hamısının ABŞ tərəfindən edildiyini açıqlayıb.
Partlayışlarla bağlı yeni açıqlama verən Zabihullah Mücahid, terror hücumundan sonra baş verən partlayışların səbəbini belə izah edib:
"ABŞ qüvvələri öz texnikalarını məhv edir. 2 hücumdan sonrakı 4 partlayış bununla əlaqədardır".
Anadolu Agentliyinin Kabildəki müxbirinin verdiyi məlumata görə, terror hücumlarından sonra hava limanına yaxın ərazilərdən daha 4 partlayış səsi eşidilib.