Ucnoqta.az
www.ucnoqta.az

"Kabildəki 6 partlayışdan 4-ü ABŞ həyata keçirib" - <font color=red><b>SENSASİON AÇIQLAMA</b></font>

01:43 - 27 Avqust 2021 tarixində dərc olunub.
Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktlarından sonra daha 4 partlayış baş verib. Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, "Taliban" sözçüsü Zabihullah Mücahid 4 partlayışın hamısının ABŞ tərəfindən edildiyini açıqlayıb. Partlayışlarla bağlı yeni açıqlama verən Zabihullah Mücahid, terror hücumundan sonra baş verən partlayışların səbəbini belə izah edib: "ABŞ qüvvələri öz texnikalarını məhv edir. 2 hücumdan sonrakı 4 partlayış bununla əlaqədardır". Anadolu Agentliyinin Kabildəki müxbirinin verdiyi məlumata görə, terror hücumlarından sonra hava limanına yaxın ərazilərdən daha 4 partlayış səsi eşidilib.
Müəllif: