Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - Foto

22:19 - 25 Avqust 2021 - HADİSƏ

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 31 yaşlı Əhmədzadə Şamo Pərviz oğlu həmin yolda motoskletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.///report


Xəbər xətti