Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 31 yaşlı Əhmədzadə Şamo Pərviz oğlu həmin yolda motoskletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.///report